Marko Roze: “Nə vaxtsa biz Everestdə də oynayacağıq”

“Leypsiq”in baş məşqçisi Marko Roze DÇ-2030-un altı ölkədə keçirəcəyi ilə bağlı FIFA-nın qərarına münasibətini bildirib.

Arena.az “Kicker” dərgisinə istinadən Rozenin müvafiq xüsusda fikirlərini təqdim edir:

“Mənim ilk duyğularım odur ki, uşaqlar çox ora-bura uçmalı olacaqlar. Hərlənirik, fırlanırıq, nəsə qondarırıq. Orada xüsusi bir şey var, orada fərqli bir şey. Və nə vaxtsa biz Everestdə oynayacağıq, çünki orada futbol meydançası qura və onu sata bilərik.

Düşünürəm ki, indiyə qədər bir və ya bəlkə də iki ölkə Dünya Kubokunu səbirsizliklə gözlədiyi zaman həmişə yaxşı idi və siz bayram edə, onu təşkil edə və qısa marşrutlara sahib ola bilərdiniz, hansılar ki, indi güman, olmayacaq”, deyə Marko Roze bildirib.

Xatırladaq ki, FIFA-nın müvafiq qərarı ilə dünya çempionatının 100 illik yubiley turniri 3 qitədə – Cənubi Amerika, Avropa və Afrikada, altı ölkədə – Uruqvay, Argentina, Paraqvay, İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: