Uruqvay yığmasının baş məşqçisi Marselo Byelsa “seleste”nin keçmiş hücumçusu Luis Suaresin tənqidlərini cavablayıb.
Arena.az xatırladır ki, Suares argentinalı mütəxəssisin salam-kalamdan uzaq olduğunu və komandanı iki cəbhəyə böldüyünü bildirmişdi.
O, həmçinin Uruqvay yığmasının dünya çempionatına vəsiqə qazana bilməyəcəyi halda, təqsirin oyunçularda deyil, məhz məşqçidə axtarılmalı olacağını vurğulamışdı.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə seçmə mərhələsinin 9-cu turu çərçivəsində Uruqvay yığması səfərdə Peru yığmasına məğlub olub – 0:1.
“Luis Suaresin sözləri nəticəyə təsir etmədi. Düşündüm ki, necə oynadığımızdan asılı olmayaraq, komandanın fədakarlığı yaxşı səviyyədə idi. Bu həftə baş vermiş hadisələr necə oynadığımızı müəyyənləşdirmir və izah etmir və bunun heç bir təsir göstərdiyini düşünmürəm. Bu, çox duyğularla dolu bir həftə idi. Mən baş vermişlərin hamısına laqeyd yanaşmıram və bilirəm ki, bu və ya digər surətdə nüfuzuma xələl gəlib. Mən oyuna son dərəcə ciddi hazırlaşmışdım, elə oyunçuların qarşılığı da hər zaman olduğu kimi oldu.
Suaresin, salam-kalamdan uzaq olduğum haqda dediyi sözləri? Sizin soruşduğunuz, şəxsi məsələdir, mən isə baş tutan görüşlərin məzmunu və müzakirə edilən məsələlər barədə cavab vermək fikrində deyiləm. Sizə daha çoxunu da söyləmək fikrində deyiləm, çünki bu, komandanın daxili həyatı ilə əlaqəli məsələlərə toxunmaq demək olardı, mənim nöqteyi-nəzərimdən bunlar, daxildə, məqamlar olaraq nəzərdən keçirməlidir” – Marselo Byelsa jurnalistlərə açıqlamasında bildirib.
9 turdan sonra Uruqvay yığması DÇ-2026-nın CONMEBOL bölgəsi seçmə mərhələsinin yarış cədvəlində 15 xalla 3-cü pillədədir. Peri yığması isə 6 xalla sonuncudan əvvəlki, 9-cu pillədə autsayderlərin zirzəmisində yer alıb. Yarış cədvəlinə 19 xalla Argentina yığması başçılıq edir.
Xatırladaq ki, bu bölgədə dünya çempionatına 6 birbaşa vəsiqə uğrunda mübarizə 10 komanda arasında gedir. 7-ci vəsiqənin sahibi isə dünya çempionatına vəsiqə uğrunda digər konfederasiyaların birindən olan yığma komanda ilə qitələrarası ələmə oyunlarında mübarizə aparacaq.


