“Napoli”nin baş məşqçisi Valter Massarri İtaliya A Seriyasının 17-ci tur oyunundan sonra “Roma”nın çalışdırıcısı Joze Mourinyoya qəzəblənib.
Arena.az xatırladır ki, İtaliya A Seriyasının cari çempionunu qonaq etmiş “canavarlar” 2:0 hesablı inamlı qələbə qazanıblar.
Yetirmələrinin qələbəsindən sonra oyunu şərh etmiş Joze Mourinyo oyunun başlamasından beş dəqiqə sonra komandasının qələbə qazanacağına əmin olması haqda duyğu keçirdiyini bildirmişdi. “Mour”un bu sözləri “eşşəkciklər”in baş məşqçisi Mazzarrini hiddətləndirib:
“Başqasının dediklərini söyləmək əvəzinə mənə suallar verməyə çalışın. Mənə sual verən kimi cavab verməyə çalışacağam. Əminəm ki, bu mərhələdə qalib gələ biləcək yeganə komanda biz idik. Topa sahibolma bizdə idi. Düşünürəm ki, “Roma” bizim səhvimiz olan, Andrea Belottinin o imkanı yaratmasından başqa heç nə etməyib.
Vəziyyəti nəzarətdə saxladıq, təşəbbüsü ələ alacağımızı və oyunda qalib gələcəyimizi düşündük, amma sonra hər şey olduğu kimi getdi. Gəlin, davam edək”, – Massari bildirib.
Hazırda “Napoli” 27 xalla 7-ci pillədə qərarlaşıb. Cari çempiona qalib gəlmiş “Roma” isə 28 xalla 6-cı pillədə qərarlaşıb. A Seriyasına 44 xalla “İnter” başçılıq edir.


