Maurisio Sarri: “Xayalarınızı əlinizə alıb, gedin prezidentin yanına”

“Latsio”nun baş məşqçisi Maurisio Sarri son vaxtlar əldə etdiyi uğursuz nəticələr mənzərəsində komandasının futbolçuları ilə sərt danışıb.

Arena.az “Transfer News Live” dərgisinə istinadən italyan mütəxəssisin müvafiq xüsusda sözlərini diqqətinizə çatdırır:

“Əgər fəsadların məndə olduğunu düşünürsənsə, onda xayalarınızı əlinizə alıb, klub prezidentinin yanına gedin!”, deyə Sarri sərt şəkildə bildirib.

Cari mövsümdə İtaliya A Seriyasında keçirdiyi 22 oyundan sonra “Latsio” 34 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Maurisio Sarri “Latsio”nu 2021-ci ilin iyunundan çalışdırır. 65 yaşlı mütəxəssis “qartallar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Sarrinin “Latsio”nun sükanı arxasında ümumi mənzərəsi belədir: 129 oyun, 62 qələbə, 30 heç-heçə, 37 məğlubiyyət. Sarrinin rəhbərliyi altında “qartallar” 195 qol vurublar, 148 qol buraxıblar.

“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: