M’bala Nzola qəribə səbəbə görə futboldan kənarlaşdırıla bilər

“Fiorentina”nın və Anqola yığmasının mərkəz hücumçusu M’bala Nzola qəribə vəziyyətə düşüb və futboldan kənarlaşdırıla bilər.

Arena.az “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir ki, Nzola qarşıdan gələn Afrika Millətlər Kubokunda milli komandasında oynamaqdan imtina etdiyi üçün futboldan kənarlaşdırıla bilər.

Mənbənin məlumatına görə, N’Zola bu həftənin şənbə gününə qədər yekun qərarını verməlidir. Anqolalı futbolçunun milli komandasında oynaya bilməməsinin səbəbini əsaslandırmalı olduğu vurğulanır. Bunu etməsə, Anqola Futbol Federasiyasının (FAF) özündən sanksiyalar və cəzadan əlavə, oyunçuya qarşı daha ciddi tədbirlər görməyə qadir olan FIFA məsələyə qarışa bilər.

Xatırladaq ki, 2024-cü il Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək Kot-d’İvuarda keçiriləcək.

M’bala Nzola “Fiorentina”ya cari ilin avqustunda 12,60 milyon avro qarşılığında “Spetsiya”dan keçib. Anqolalı hücumçunun “Fiorentina” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Nzola “bənövşələr”in heyətində 24 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

M’bala Nzola 2021-ci ilin martında debüt etdiyi Anqola yığmasının heyətində 6 oyun keçirib, 2 qol vurub.

“Transfermarkt” interenet-portalı 27 yaşlı anqolalı mərkəz-hücumçusu M’bala Nzolanın transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: