Mbappe: “Real” PSJ-ni taxtdan salmaq istəyir”

“Real”ın hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-nin Çempionlar Liqasındakı son uğurlarını və komandasının hədəflərini şərh edib.

Arena.az xəbər verir ki, fransalı forvard “Ekip” nəşrinə müsahibəsində 2024-cü ilin yayında ayrıldığı PSJ-nin ardıcıl iki dəfə UEFA Çempionlar Liqasını qazanmasına münasibət bildirib:

“Onlar qalib gəldilər və biz bunu onlardan ala bilmərik. Onları təbrik edirəm. Öz qələbələrini qurdular. Ardıcıl ikinci dəfə qalib gəlməyi bacardılar və bu, inanılmazdır.

PSJ məğlub edilməli olan komandadır. Biz – “Real” və bütün digər komandalar – ardıcıl iki dəfə qalib gələn komandanı taxtdan salmaq düşüncəsi ilə oynayırıq.

Bu, sadəcə, dövrlərdir. Mən PSJ-də öz dövrümü başa vurdum, onlar isə əsas heyətdən beş futbolçu transfer edərək yeni dövrə başladılar. Bu dövr mənim son mövsümümdə başladı.

Luis Enrike ilə yarımfinala qədər gəldilər, finala bir addım qalmışdılar. Yəni PSJ-nin ardıcıl üç Çempionlar Liqası finalında oynamaq imkanı var idi. Sadəcə, iki ilə yayılan yeni dövr başladı”, – deyə Mbappe bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: