Futbol üzrə Meksika millisi ev sahiblərindən biri olduğu dünya çempionatında (DÇ-2026) da 1/8 final mərhələsini keçə bilməyib.
Arena.az xəbər verir ki, ev sahibi komanda mundialın 1/8 finalında İngiltərəyə 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Bununla da meksikalılar 1994-cü ildən bəri 8-ci dəfə dünya çempionatında məhz 1/8 final mərhələsində mübarizəni dayandırıblar.
Meksika millisi 1994, 1998, 2002, 2006, 2010, 2014 və 2018-ci illərdə də 1/8 finalda mübarizədən kənar qalmışdı. 2022-ci il dünya çempionatında isə komanda qrup mərhələsini belə keçə bilməmişdi.
Meksikalılar sonuncu dəfə 1986-cı ildə dünya çempionatının 1/4 finalına yüksəliblər. Komandanın mundial tarixində ən böyük uğuru isə 1970 və 1986-cı illərdə məhz 1/4 finala vəsiqə qazanmasıdır.
Yeri gəlmişkən, İngiltərəyə məğlubiyyətdən sonra “Asteka” stadionunda qeyri-adi mənzərə yaşanıb.
Qarşılaşma boyu Meksika millisini böyük coşqu ilə dəstəkləyən on minlərlə azarkeş final fitindən sonra sanki donub qalıb. Stadionu dərin sükut bürüyüb və yalnız İngiltərə azarkeşlərinin sevinc səsləri eşidilib.
Bir çox meksikalı azarkeş komandanın növbəti dəfə 1/8 final mərhələsində mübarizəni dayandırmasından sonra böyük məyusluq yaşayıb.


