Messi La Liqada yeni rekorda imza atdı

Futbol üzrə İspaniya La Liqasının 27-ci turunun “Hueska” ilə ev oyunu “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəyə sevindiyi bu görüşdə argentinalı futbolçu iki qol vurub, bir məhsuldar ötürmə müəllifi olub.

Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 21-ə çatdırıb. Messi həm də La Liqa tarixində ardıcıl 13 mövsümdə azı 20 qol vurmağı bacaran ilk futbolçuya çevrilib. O, bu uğurlu seriyaya 2008/09 mövsümündən başlayıb. Messi ən yaxşı nəticəni 2011/12 mövsümündə göstərib, futbolçu həmin vaxt 50 qol vurub.

Messinin mövsümlər üzrə La Liqada vurduğu qolların statistikasını da təqdim edirik:

2004/05 – 1 qol
2005/06 – 6 qol
2006/07 – 14 qol
2007/08 – 10 qol
2008/09 – 23 qol
2009/10 – 34 qol
2010/11 – 31 qol
2011/12 – 50 qol
2012/13 – 46 qol
2013/14 – 28 qol
2014/15 – 43 qol
2015/16 – 26 qol
2016/17 – 37 qol
2017/18 – 34 qol
2018/19 – 36 qol
2019/20 – 25 qol

Xəbəri sosial şəbəkələrdə paylaş: