Braziliyanın “Palmeyras” klubunun “Messinyo” ləqəbli hücumçusu Estevan Villian İngiltərə nəhəngi “Çelsi”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
17 yaşlı braziliyalı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmır. Estevan yeni klubunun düşərgəsinə 2025-ci ilin yayında qoşulacaq. “Çelsi” bu keçid üçün “Palmeyras”a 34 milyon avro ödəyib.
Messinyo futbolda ilk addımlarını “Kruzeyro”da atmağa başlayıb. 2021-ci ildən isə o, “Palmeyras”da çıxış edir. Gənc futbolçu bu klubun əsas komandasında 23 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Estevan həm də Braziliyanın U-17 millisinin üzvüdür.
“Transfermarkt” internet-portalı 17 yaşlı futbolçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


