Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu baş tutub. Arena.az xəbər verir ki, bununla 1/4 finalın növbəti iki iştirakçısı bəlli olub.
Gecənin ən maraq doğuran matçı Almaniyada baş tutub. Fransadakı ilk görüşdə PSJ-yə 1:0 hesabı ilə qalib gələn “Bayern” bu dəfə rəqibini Münhendə sınağa çəkib. Parislilər doğma meydanda bacarmadıqlarını səfərdə də edə bilməyiblər. Evdə daha inamlı hesabla qalib gələn Almaniya nəhəngi iddialı rəqibini mübarizədən kənarlaşdırıb.
Digər görüş isə İtaliyanın “Milan” və İngiltərənin “Tottenhem” komandaları arasında baş tutub. Milandakı ilk qarşılaşmada İtaliya təmsilçisi minimal hesablı qələbə qazanmışdı. İtalyanların tıxaca düşməsi səbəbindən 10 dəqiqə gec start götürən cavab görüşündə isə qapılara qol vurulmayıb. Beləcə, İtaliya təmsilçisi növbəti mərhələyə yüksələn tərəf olub.
Xatırladaq ki, daha öncə Portuqaliyanın “Benfika” və İngiltərənin “Çelsi” komandaları da UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanmışdılar. Bu mərhələnin qalan dörd cavab qarşılaşması martın 14-də və 15-də baş tutacaq. “Portu” “İnter”i (ilk oyun 0:1), “Mançester Siti” “Leypsiq”i (ilk oyun 1:1), “Napoli” “Ayntraxt”ı (ilk oyun 2:0), Madrid “Real”ı da “Liverpul”u (ilk oyun 5:2) qəbul edəcək.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
8 mart
“Bayern” (Almaniya) – PSJ (Fransa) 2:0
Qol: Erik Şupo-Motinq, 61. Serj Qnabri, 89.
Baş hakim: Daniele Orsato (İtaliya).
“Münhen Futbol Arenası”.
İlk oyun – 1:0.
“Tottenhem” (İngiltərə) – “Milan” (İtaliya) 0:0
Baş hakim: Klemen Türpin (Fransa).
London, “Tottenhem Hotspur” stadionu.
İlk oyun – 0:1.


