İtaliyanın “Latsio” klubunun Serbiyadan olan yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç “İnter” və “Yuventus”un hədəfindədir.
Arena.az bu barədə jurnalist-insayder Canluka Di Marsioya istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, İtaliya nəhəngləri futbolçu ilə bağlı müraciət etsələr də, konkret təklif irəli sürməyiblər. “Latsio” komandanın liderinin satışından ən azı 40 milyon avro əldə etmək niyyətindədir.
2022/2023 mövsümündə Milinkovic-Saviç “Latsio”nun heyətində 47 oyuna çıxıb, 11 qol vurub, 8 məhsuldar ötürmə edib.
Milionkoviç-Saviçin “Latsio” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Sergey Milionkoviç-Saviçi 50 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “İnter”in “Çelsi”dən müdafiəçi Trevo Çalobanı icarəyə götürməkdə maraqlı olduğu haqda məlumat yayılmışdı.


