Miloş Kerkez 17.87 milyon avroya “Bornmut”da!

Niderlandın “Alkmar” klubunun sol cinah müdafiəçisi Miloş Kerkez İngiltərə Premyer Liqasında mübarizə aparan “Bornmut”a keçib.

Arena.az xəbər verir ki, bu barədə gənc futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Macarıstandan olan 19 yaşlı futbolçu “Bornmut”la uzunmüddətli müqavilə bağlayıb. Amma dəqiq tarix açıqlanmayıb. İngiltərə klubu bu transfer üçün “Alkmar”a 17.87 milyon avro ödəyəcək.

Miloş Kerkez 2022-ci ilin yanvar ayında İtaliyanın “Milan” klubundan 1.18 milyon avro qarşılığında “Alkmar”a keçmişdi. O, Niderland klubunda bütövlükdə 57 oyuna çıxıb, 5 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Kerkez həm də Macarıstan yığmasının üzvüdür. O, ötən ildən dəvət aldığı ölkəsinin əsas millisində artıq 8 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: