Tanınmış Formula 1 jurnalisti Rocer Benua əfsanəvi alman pilot Mixael Şumaxerin ilk titulunu qazandığı məqamı xatırladıb.
Arena.az “Blick” dərgisinə istinadən məlumat verir ki, Benua yumşaq desək, Şumaxerin bu titulunu vicdansızlıqla qazandığı barədə fikir söyləyib.
Belə ki, 1994-cü il mövsümünün final yürüşündə Şumaxer bolidi maneələrə çırpıb və bundan sonra mübarizəni davam etdirmiş alman pilot tezliklə əsas rəqibi, “Uilyams”ın pilotu Deymon Hill ilə toqquşib. Nəticədə hər iki pilot sıradan çıxaraq mübarizəni dayandırıb.
“Altıqat dünya çempionu olan Mixael müəyyən mənada ilk beşliyə daxildir. Altıqat dünya çempionu? Əlbəttə, onun yeddi dəfə dünya çempionu olduğunu bilirəm. Amma 1994-cü il titulunu ondan almaq gərək idi, çünki o, ancaq Deymon Hill üzərində etdiyi cəriməyə görə müvafiq titulunu qazanmışdı”, deyə Benua bildirib.
Xatırladaq ki, Mixael Şumaxer yeddiqat dünya çempionu titulunu britaniyalı pilot Lyuis Hemiltonla bölüşür.


