Mixal Probej: “Avstriyanın aqressiv oyunu ilə bacarmadıq”

Polşa yığmasının baş məşqçisi Mixal Probej AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Avstriya yığması ilə oyunu (1:3) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, polyak mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İlk 15 dəqiqə plana uyğun getmədi. Avstriya yığmasının aqressiv oyununun öhdəsindən yaxşı gələ bilmirdik və topu daim itirirdik. Sonda bizdə oyun keyfiyyəti əskik idi. Hamımız birlikdə qazanırıq və məğlub oluruq. Ola bilər ki, Fransa yığmasına qarşı daha aqressiv oynaya bilək və bu, bizə tərəqqi imkanı verəcək.

Biz ikinci qolu buraxdıqdan sonra Avstriya yığması əks-hücumda oynadı – bax, bu baş verdi. Biz hər şeyimizi ortaya qoyduq. Meydanda dayaq yarımmüdafiəçimiz yox idi, amma risk etməli idik”, deyə Mixal Probej açıqlayıb.

2-ci turdan sonra “D” qrupunda mənzərə belədir:

  1. Niderland – 4 xal
  2. Fransa – 4 xal
  3. Avstriya – 3 xal
  4. Polşa – 0

Vurğulayaq ki, bu məğlubiyyət nəticəsində Polşa yığması mötəbər yarışı tərk etmiş ilk komanda olub. Polyaklar sonuncu, 3-cü turda qarşılaşacaqları fransalı “xoruzlar”ı məğlub etsələr belə, ələmə mərhələsinə vəsiqə qazana bilməyəcəklər. Belə ki, Polşa yığması yarış qaydalarına əsasən, şəxsi oyunda məğlub olduğu Avstiya yığmasını yarış cədvəlində üstələyə bilməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: