Monzada qalmaqal: “Felipe Massa – 2008-ci ilin dünya çempionu”

Formula 1-in 2023-cü il təqvimi üzrə İtaliya qran-prisinin keçirildiyi Monzadakı trekdə mərəkəyə səbəb olmuş hadisə yaşanıb.

Arena.az xəbər verir ki, trekdə 2008-ci il mövsümündə britaniyalı pilot Luis Hamiltonun çempionluğunu şübhə altına alan sərlövhə asılıb.

Sərlövhə üzərində “Felipe Massa 2008-ci ilin dünya çempionu” – sözləri yazılıb.

Bundan əvvəl, 2008-ci ildə “Ferrari”də çıxış etmiş braziliyalı pilot Felipe Massa Sinqapur qran-prisinin etibarsız sayılması üçün Beynəlxalq Avtomobil Federasiyasına (FIA) müraciət etmişdi.

Xatırladaq ki, “Reno”nun braziliyalı pilotu Kiçik Nelson Pike 2009-cu ildə komanda yoldaşı, ispan pilot Fernando Alonsonun qalib gəlməsi üçün qəsdən qəza törətdiyini etiraf etmişdi. Bu, pilotların şəxsi nəticələrinin yekununda Felipe Massanın mövqeyini itirərək, Luis Hamiltondan 1 xal geridə qalmasına və çempionluğu əldən verməsinə səbəb olmuşdu.

Həmin yarışın nəticələri ləğv olunarsa, Massa 2008-ci il Formula 1 üzrə dünya çempionu olacaq.

Vurğulayaq ki, indi Luis Hamilton əfsanəvi alman pilot Mixael Şumaxerlə birlikdə Formula 1 üzrə yeddiqat dünya çempionu adını bölüşür. Titullarından birini itirərsə, Şumaxer vahid dünya rekordunu özündə saxlayacaq.

Hazırda Felipe Massa Beynəlxalq Avtomobil Federasiyasına ikincisi xəbərdarlıq ehtiva edən (FIA) iki məktub ünvanlayıb və məsələni çözməyi tələb edib. Əks halda o, FIA-nı və Formula 1-i məhkəmə ilə hədələyib. Massa məqsədinin dünya çempionu adına sahib olmasında deyil, ədalətin bərqərar olmasında olduğunu dəfələrlə vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: