Motta “Venesiya” ilə oyundan gözləntilərini açıqladı

“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya A Seriyasının “Venesiya” ilə 16-cı tur ev oyunundan gözləntilərini açıqlayıb.

Arena.az “Forza Juventus” dərgisinə istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Oyunçularım bu oyunda nə edəcəklərini bilirlər. Biz oyuna mütləq tezliklə başlamalıyıq ki, öz tərəfimizdən nəticə əldə edək. Bizim üç əla qapıçımız var. Bu xüsusda sağlam rəqabət var. Bu, onlar və komanda üçün yaxşıdır”, deyə Motta bildirib.

“Yuventus” – “Venesiya” oyunu bu gün, dekabrın 14-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

15 oyundan 27 xalla “Yuventus” İtaliya A Seriyasının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Venesiya” isə 9 xalla sonuncu, 20-ci pillədə “can verir”. İtaliya A Seriyasının zirvəsində çoxtirəlilik hökm sürür. 15 oyundan 34 xalla “Atalanta” zirvədə olsa da, 14 oyundan 31 xalla “Fiorentina” və “İnter” şərikli liderliyə iddialıdırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: