Mourinyo: “Məni Joze Harri Mourinyo Potter hesab edirlər”

“Roma”nın baş məşqçisi Joze Mourinyo bu mövsüm İtaliya A Seriyasında “canavarlar”ın ilk dördlüyə düşmək uğrunda mübarizəsindən danışıb.

Arena.az portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hazırda Çempionlar Liqası zonasından dörd xal geridəyik. İlk dördlüyə düşmək üçün mübarizə aparan komandalar bizdən güclüdürlər. Amma biz “Roma”yıq və insanlar adımın Joze Harri Mourinyo Potter olduğunu düşündüyü üçün bizdən tələbat səviyyəsi xeyli artır. Mövsümün başlanğıcı bizim üçün pis oldu, çünki tamam-kamal komandamız yox idi”, deyə “Mour” fəsadların kökündə gizlənmiş məqamı açıqlayıb.

Xatırladaq ki, A Seriyasında 19 turdan sonra Mourinyonun “qladiatorlar”ı 29 xal toplayıblar və 8-ci pillədə qərarlaşıblar. A Seriyasına 48 xalla “İnter” başçılıq edir.

Daha əvvəl mətbuatda portuqal mütəxəssisin komandanın son uğursuz nəticələri mənzərəsində “Roma” rəhbərliyi ilə münasibətlərinin pisləşdiyi barədə məlumatlar yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: