Murad Məmmədov 4-cü turda da şans qazanmadı

Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının növbəti çempionat matçını da buraxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Cənubi Kipr Liqasının 2026/2027-ci illər mövsümünün 4-cü turu çərçivəsində AEL (Limassol) ilə qarşılaşıb.

“Pafos” doğma meydanda baş tutmuş bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2. Hazırda zədəli olan Murad bu matçın iştirakçısı olmayıb. 20 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Məmmədovun komandası 4 turdan sonra 7 xalla 3-cü pillədə qərarlaşıb. “Pafos” 4 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Murad Məmmədov bu yay qoşulduğu “Pafos”un heyətində hələlik 3 rəsmi matçda forma geyinib, 1 qol vurub.

“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu bu yay azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: