Murad Məmmədov “Dinamo” üzərində zəfərə sevinsə də…

Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının avrokubok matçında şans qazanmayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Albaniyanın “Dinamo” kollektvi ilə qarşılaşıb.

Bu komandaların bir həftə öncə Albaniyada baş tutmuş ilk görüşündə qalib müəyyənləşməmişdi – 0:0. Kirpdəki cavab görüşünün də əsas vaxtı bərabərliklə bitib – 2:2. Amma əlavə vaxtda daha 2 qol vurmuş “Pafos” turnirin Liqa mərhələsinə yüksəlib.

Murad bu görüşün iştirakçısı olmayıb. 20 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, Murad Məmmədov bu yay qoşulduğu “Pafos”un heyətində hələlik 3 rəsmi matçda forma geyinib, 1 qol vurub.

“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu bu yay azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: