Murat Yakın: “Almaniya millisinə çərtinliklər yaşatmaq istəyirik”

İsveçrə yığmasının baş məşqçisi Murat Yakın AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Almaniya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, türkəsilli isveçrəli mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İlk iki oyunda müsbət nəticələr əldə etdik və hazırda yaxşı vəziyyətdəyik. Sabah qalib gəlməyimiz gərək deyil. Biz öz keyfiyyətlərimizi göstərmək və Almaniya yığmasına çətin günlər yaşatmaq istəyirik. İlk növbədə yaxşı çıxış etmək istəyirik. Bu, nüfuzlu oyundur və biz bunu yaxşı keçirmək istəyirik. Biz yaxşı hazırlaşmışıq. Bu oyuna köklənmişik, bu, bizim üçün çox şey deməkdir. İstəyirik ki, pərəstişkarlarımız onunla fəxr etsinlər”, deyə Murat Yakın bildirib.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “A” qrupunun İsveçrə – Almaniya oyunu bu gün, iyunun 23-də Frankfurtun “Doyçe Bank Park” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

3-cü tur ərəfəsində “A” qrupunun yarış cədvəlindəki mənzərəsəni təqdim edirik:

  1. Almaniya – 6 xal
  2. İsveçrə – 4
  3. Şotlandiya – 1
  4. Macarıstan – 0

Vurğulayaq ki, Almaniya yığması qrup mərhələsinin son turunun nəticəsindən asılı olmayaraq, 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: