Azərbaycan karateçisi Musa Musazadə beşqat dünya çempionu olub. Arena.az xəbər verir ki, o, Yaponiyanın Matsuyama şəhərində keçirilən karatenin aşihara növü üzrə mundialın qızıl medalını qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Musa Musazadə bütün rəqiblərinə qalib gəlib.
14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Digər karateçi Fərman Rəhimov isə dünya çempionatını bürünc medalla başa vurub.


