İtaliyanın “Kalyari” klubunun müdafiəçisi Nadir Zortea bundan sonra A Seriyasının digər təmsilçisi “Bolonya”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Bolonya”nın rəsmi saytı məlumat yayıb.
26 yaşlı italiyalı futbolçunun transferi yeni klubuna 7,5 milyon avroya başa gəlib. Onunla 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Nadir Zortea peşəkar karyerası ərzində “Atalanta”, “Kremoneze”, “Salernitana”, “Sassuolo”, “Frozinone” kimi klubların da şərəfini qoruyub. “Kalyari”yə ötən mövsümün əvvəlində 5,1 milyon avro müqabilində keçmiş sağ cinah müdafiəçisi bu komandanın heyətində 38 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.



