Naməğlub basketbol millimiz Avropa çempionu oldu!

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunun final oyunu baş tutub.

Arena.az xəbər verir ki, finalda Azərbaycan və meydan sahibi olan Andorranın U-16 yığmaları üz-üzə gəliblər.

Həlledici oyuna sürətli başlayan Azərbaycan yığması yekunda rəqibinə 57:45 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur. Həm də komandamız bu çempionluğu heç bir oyunda məğlub olmadan rəsmiləşdirib.

Xatırladaq ki, Azərbaycan yığması C Divizionunun qrup mərhələsində Moldova (78:55), Andorra (64:50) və Albaniya (69:64) yığmaları üzərində qələbəyə sevinmişdi. Yarımfinalda isə komandamız Gürcüstan yığmasına 74:72 hesabıyla qalib gəlmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: