“Nant” – “Sabah” matçının hakimləri bəlli oldu

“Sabah”ın U-19 komandasının UEFA Gənclər Liqasının 2-ci raundunda “Nant”a qarşı keçirəcəyi oyunun hakimləri bəlli olub.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu Fransa təmsilçisi ilə səfərdə üz-üzə gələcək.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, bu raundun ilk matçını Maltadan olan hakim idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi İsmael Barbara olacaq. Ona yan xətt hakimləri Lyuk Portelli və Dunkan Spens kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə fransalı Remi Landri yerinə yetirəcək.

Qeyd edək ki, “Nant” – “Sabah” oyunu oktyabrın 22-də Fransadakı “Marsel Saupen” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 5-də Bakıda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: