Nazarov ehtiyatda qaldı, komandası məğlubiyyətlə üzləşdi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Nazarov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

23 oyuna 15 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: