Nazim Babayev Avropa çempionatının finalında

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən atletika üzrə qış Avropa çempionatında finala yüksəlib. Arena.az xəbər verir ki, idmançımız üçtəkanla tullanma növündə 16.45 metr nəticə göstərib.

Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb. Nazim Babayev yalnız Portuqaliya, Almaniya və İtaliya idmançılarından geri qalıb.

Xatırladaq ki, bu gün start verilmiş atletika üzrə qış Avropa çempionatına martın 5-də yekun vurulacaq. Azərbaycanı qitə çempionatında Nazim Babayevlə yanaşı, Yekaterina Sariyeva da təmsil edəcək. Onlar məşqçilər Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi altında İstanbula yollanıblar.