Nazim Babayev Slovakiyadan gümüş medalla qayıdır

Slovakiyanın Koşitse şəhərində Dünya Kontinental Turu – Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalı Nazim Babayev üçün uğurlu alınıb.

Arena.az xəbər verir ki, “Neftçi İdman Klubu”nun atleti uzunluğa tullanma üzrə yarışda inamla çıxış edərək 7,80 metrlik nəticə göstərib.

Yalnız çexiyalı Radek Yuşkadan geri qalan Nazim Babayev nüfuzlu turnirin gümüş medalına layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: