“Neftçi” 2025/26 mövsümü üçün ev formasını təqdim etdi

Premyer Liqada mübarizə aparan “Neftçi” 2025/2026-cı illər mövsümündə ev oyunlarında istifadə edəcəyi formalarını təqdim edib.

Arena.az xəbər verir ki, paytaxt klubu bununla bağlı rəsmi saytında məlumat paylaşıb.

Bildirilir ki, 2025/2026-cı illər mövsümünün ev forması klubun zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidir. Formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyini qeyd edəcəyimiz klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır.

Köynəklər Banişevskinin də həlledici rollardan birini oynadığı 1966-cı il mövsümündəki formanın əsasında “Kappa” tərəfindən paytaxt klubu üçün eksklüziv hazırlanıb. Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal – 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir. Bu, klubun şanlı keçmişinə ehtiramın rəmzi olmaqla yanaşı, Banişevskinin “Neftçi” tarixindəki əhəmiyyətini bir daha xatırladır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: