“Neftçi” – “Beşiktaş” 1:3 – Video

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Neftçi” – “Beşiktaş” oyunu təmsilçimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Bakıda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Xatırladaq ki, Azərbaycan və Türkiyə təmsilçiləri arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 17-də İstanbulda keçiriləcək. Həmin matça da Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Sonda onu da qeyd edək ki, bu cütün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
10 avqust

“Neftçi” – “Beşiktaş” 1:3
Qollar: Kilan Lebon, 79 – Vensan Abubakar, 14. Cekson Muleka, 23. Salih Uçan, 62.
Baş hakim: Lukas Fendrix (İsveçrə).
Bakı. “Neftçi Arena”.

Neftçi: 1. İvan Brkiç, 21. İsmayıl Zülfüqarlı (99. Ervin Koffi, 46), 44. Yuri Matias, 4. Mark Tamaş, 19. Azər Salahlı (25. Aaron Olanare, 46), 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 27. Fərid Yusifli (10. Filip Ozobiç, 46), 5. Kenni Sayef, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon (17. Rəhman Hacıyev, 90+5).
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov.
Baş məşqçi: Adrian Mutu.
Beşiktaş: 34. Mert Günok (k), 77. Umut Meraş (71. Jan Onana, 63), 6. Omar Kolli, 12. Daniel Amarti, 24. Valentin Rozye, 19. Amir Haciahmetoviç (21. Demir Tıknaz, 77), 83. Jedson Fernandes, 8. Salih Uçan (7. Ante Rebiç, 77), 40. Cekson Muleka (41. Oğuzhan Akgün, 89), 10. Vensan Abubakar (99. Emrecan Bulut, 77), 4. Onur Bulut.
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 17. Kerem Kesgin, 20. Necip Uysal, 23. Kartal Yılmaz, 90. Semih Kılıçsoy.
Baş məşqçi: Şenol Günəş.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: