“Neftçi” Harramiz Soares ilə yollarını ayırdı

“Neftçi” yarımmüdafiəçisi Harramiz Soares ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

San-Tome və Prinsipidən olan futbolçuya xidmətlərinə görə təşəkkür edən klub, ona gələcək karyerasında uğurlar arzulayıb.

Harramiz Soares 2021-ci ilin ilin yayında “Neftçi”yə transfer olunmuşdu. İyunda Portuqaliya təmsilçisi “Eştoril”dən transfer edilən cinah yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanmışdı.

Tam adı Harramiz Quita Ferreyra Soares olan futbolçu karyerası ərzində “Leyksoeş”, “Mafra”, “Tondela”, “Akademika”, “Kovilya”, “Farense” kimi klublarda çıxış edib. Harramiz 2015-ci ildən San-Tome və Prinsipi milli komandasında 15 oyun keçirib, 2 qola imza atıb. O, “Neftçi”də cəmi 11 rəsmi oyuna çıxıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Romen Bask (“Şatoru”, Fransa) və Sabir Buqrinlə (“Esperans”, Tunis) də yollarını ayırmışdı. Paytaxt klubu Fəhmin Muradbəylini də “Keşlə”yə icarəyə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: