“Neftçi” Moskva “Spartak”ına da məğlub oldu

Rusiyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün Moskva şəhərində yerli “Spartak” komandası ilə yoxlama oyununda üz-üzə gəlib

Arena.az xəbər verir ki, qarşılaşma “Spartak”ın ev oyunlarını keçirdiyi “Otkrıtiye Bank Arena”da təşkil olunub.

Baş məşqçi Adrian Mutu bu oyunda aşağıdakı heyətə güvənib:

Əsas heyət: 1. İvan Brkiç, 3. Höccət Haqverdi, 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 9. Mateus Saldanya, 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Caber, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov, 84. Hüseyn Babayev, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov.

Qarşılaşma Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Belə ki, “ağ-qaralar” ilk hissədə buraxdıqları iki qolla meydanı məğlub tərk ediblər – 0:2.

Bu oyunla toplanışı yekunlaşdıran komanda sabah – iyulun 19-da Bakıya qayıdacaq. “Ağ-qaralar” bundan sonrakı hazırlığını paytaxtda davam etdirəcək.

Xatırladaq ki, “Neftçi” iyunun 29-dan Rusiyada təlim-məşq toplanışındadır. Bir neçə gün öncəyə qədər Sankt-Peterburqda məskunlaşan paytaxt klubu burada beynəlxalq turnirdə də iştirak edib. Azərbaycan təmsilçisi “Matç TV” Kuboku çərçivəsində Rusiyanın “Zenit” (1:3), Serbiyanın “Srvena Zvezda” (0:4) və Türkiyənin “Fənərbaxça” (0:1) komandaları ilə qarşılaşıb.

Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: