“Neftçi” – “Sabah” 1:0 – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının 36-cı turunun “Neftçi” – “Sabah” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:

Azərbaycan Premyer Liqası
36-cı tur
28 may

“Neftçi” – “Sabah” 1:0
Qol: Emin Mahmudov, 9.
Qolla nəticələnməyən penalti: Aleksey Kaşuk, 59.
Sarı vərəqə: Ataa Caber, 32 (qeyri-idman hərəkəti). Kenni Sayef, 63 (hakimin qərarına etiraz). Eddi İsrafilov, 84 (qeyri-idman hərəkəti) – Abdulaye Ba, 90+5 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə – yoxdur, ikinci hissədə – 8 dəqiqə.
Saat 17:00. “Bakcell Arena”, 1750 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Eyyub İbrahimov.
Dördüncü hakim: Fəridə Lütfəliyeva.
VAR:Cavid Cəlilov.
AVAR:Vüsal Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov (17. Rəhman Hacıyev, 89), 26. Ömər Buludov, (2. Mert Çelik, 72), 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber (27. Fərid Yusifli, 72), 22. Kilan Lebon (10. Sezar Meza Kolli, 80), 9. Mateus Saldanya (77. Yeqor Boqomolski, 80).
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 84. Hüseyn Babayev, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov.
Baş məşqçi: Laurentsiu Regekampf.

Sabah: 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə (19. Con İrasabal, 46), 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov (21. İldar Ələkbərov, 74), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva (77. Namik Ələskərov, 57), 13. Abdulaye Ba, 20. Coy Lens Mikels, 18. Davit Volkov (99. Emmanuel Apeh, 79), 8. Aleksey Kaşuk (29. Ceyhun Nuriyev, 79).
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 12. Yusif İmanov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov.
Baş məşqçi: Murad Musayev.