“Neftçi” “Sivasspor”a qalib gəldi

Yeni mövsümə Türkiyədə hazırlaşan “Neftçi” bu gün təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, “ağ-qaralar” Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor”la üz-üzə gəliblər.

Üç qolun qeydə alındığı oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutan matçda Bakı klubunun qollarını Mark Tamaş (27-ci dəqiqə) və Yeqor Boqomolski (79-cu dəqiqə) vurublar.

“Neftçi” Sivas təmsilçisi ilə görüşdə bu heyətlə mübarizə aparıb: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 4. Mark Tamaş, 8. Emin Mahmudov (k), 9. Andre Şinyaşiki (20. Alfa Konte, 72), 10. Filip Ozobiç (11. Kilan Lebon, 46), 14. Edvin Kuç, 17. Rəhman Hacıyev, 44. Yuri Matias, 90. Ramil Şeydayev (77. Yeqor Boqomolski, 72), 99. Ervin Koffi (İsmayıl Zülfüqarlı, 85).

Qeyd edək ki, ilk sınaq matçında digər Super Liqa klubu “Alanyaspor”u 3:1 hesabı ilə məğlub edən “Neftçi” növbəti yoxlama oyununu da Türkiyə klubuna qarşı keçirəcək. “Ərzurumspor”la görüş iyulun 20-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: