“Neftçi” – “Spartak” oyunu Rauf Cabbarova tapşırıldı

Bu gün Bakıda “Neftçi” ilə Rusiyanın “Spartak” (Moskva) komandası arasında keçiriləcək yoxlama matçının hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, qarşılaşmanı Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.

“Neftçi Arena”da baş tutacaq bu matçın baş hakimi Rauf Cabbarov olacaq. Ona yan xətt hakimləri Namiq Hüseynov və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov ilə Müslüm Əliyev olacaqlar.

Qarşılaşma Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, “Neftçi” – “Spartak” matçına saat 18:00-da start veriləcək.

Yoxlama oyunu
23 mart

“Neftçi” – “Spartak”
Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Kamran Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Dördüncü hakim: Kamranbəy Rəhimov.
Bakı. “Neftçi Arena”. Saat 18:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: