“Neftçi” “Spartak”la matçın başlama saatını açıqladı

“Neftçi” və Rusiyanın “Spartak” (Moskva) komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq oyununun başlama saatı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, martın 23-də keçiriləcək bu oyuna saat 18:00-da start veriləcək. Biletlərin tezliklə satışa çıxarılacağı da vurğulanıb.

Xatırladaq ki, bu qarşılaşma “Neftçi Arena”da keçiriləcək.