Azərbaycan Premyer Liqasının 29-cu turunun bu gün baş tutan “Neftçi” – “Sumqayıt” matçı bərabərliklə (1:1) başa çatdı.
Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
29-cu tur
7 aprel
“Neftçi” – “Sumqayıt” 1:1
Qollar: Emin Mahmudov, 74 – Yuri Matias, 13-öz qapısına.
Qolla nəticələnməyən penalti: Emin Mahmudov, 74.
Sarı vərəqələr: Filip Ozobiç, 90 (hakimin qərarına etiraz). Höccət Haqverdi, 90 (qeyri-idman hərəkəti) – Səbuhi Abdullazadə, 37 (qeyri-idman hərəkəti). İsa Suliman, 57 (qeyri-idman hərəkəti). Cordan Rezabala, 57 (hakimin qərarına etiraz). Mehdi Cənnətov, 90 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 57 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 8 dəqiqə.
Saat 20:00. Bakı. “Neftçi Arena”, 980 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Rauf Cabarov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k) (9. Andre Şinyaşiki, 74), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (2. Qara Qarayev, 85), 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 88. Brayan Moreno (22. Reziuan Mirzov, 74), 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 4. Mark Tamaş.
Baş məşqçi: Miodraq Bojoviç.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (60. Tresor Mossi, 73), 11. Kazimir Ninqa (9. Erik Sorqa, 85), 12. Abu Dosso, 4. İsa Suliman, 23. Cordan Rezabala (10. Kamran Əliyev, 77).
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə.
Baş məşqçi: Samir Abasov.