“Neftçi” üçün kubokda 40-cı səfər qələbəsi

Yeni baş məşqçinin gəlişindən sonra işləri qaydasında görünən “Neftçi” futbol üzrə Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında onun yetirmələri “Sumqayıt”a qalib gəlib – 3:2. Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.

Xatırladaq ki, “Neftçi” Azərbaycan kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: