“Neftçi” yeni mövsümə baş məşqçisiz hazırlaşır

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəək “Neftçi” iyunun 21-dən etibarən yeni mövsümün hazırlığına start verib.

Arena.az xəbər verir ki, paytaxt klubu hazırlığı Bakıda davam etdirir.

“Ağ-qaralar” gündə bir dəfə olmaqla “Neftçi Futbol Mərkəzi”ndə məşq edir. Əsasən fiziki təmrinlərdən ibarət olan hazırlıq prosesi klubun seleksiya şöbəsinin üzvləri – İqor Getman və Vadar Nuriyevin rəhbərliyi altında keçirilir. Komanda üzvləri bu müddətdə klubun sağlamlıq sponsoru olan hospitalda tibbi baxışdan keçəndən sonra məşqə qoşulublar. Bugünkü məşqdə futbolçuların əksəriyyəti iştirak edib.

Xatırladaq ki, baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırmış paytaxt klubunda onu kimin əvəz edəcəyinə hələ də aydınlıq gəlməyib.

“Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: