“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

“Neftçi”dən Ahmedov üçün 150 min avro

“Neftçi” Bolqarıstanın ÇSKA (Sofiya) klubundan 6 aylıq icarəyə götürdüyü Ahmed Ahmedovu yayda birdəfəlik transfer edə bilər.

Arena.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” mövsümün sonunda hücumçunu komandada saxlamaq istəsə, Sofiya təmsilçisinə 150 min avro ödəməli olacaq.

25 yaşlı futbolçunun “Neftçi”də ÇSKA-dakından ikiqat çox məvacib alacağı da vurğulanıb.

“Neftçi” Ahmedovu 6 aylıq icarəyə götürüb. Hücumçunun ÇSKA ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.