Nicat Abbasov Dünya Kubokunun 1/4 finalında!

Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyununu keçirib.

Arena.az xəbər verir ki, bu gün turnirdə 1/8 finalın cavab görüşləri baş tutub.

Azərbaycan şahmatçısı Nicat Abbasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb. İlk partiyada olduğu kimi, cavab oyununda da Abbasov qələbə qazanıb.

Beləliklə, Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb. Şahmatçımızın növbəti rəqibi Yan Nepomnyaşi – Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.

Xatırladaq ki, Bakıdakı Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: