Nikolas Uilyams “Atletik”lə yeni müqavilə bağladı

“Atletik”in və İspaniya yığmasının sol vingeri Nikolas Uilyams Bilbao təmsilçisi ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda – 2024-cü ilin iyun ayında bitəcəkdi.

Xatırladaq ki, Niko Uilyams “Atletik” futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.

Cari mövsümdə Uilyams Bilbao klubunun heyətində 11 oyuna 1 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.

Nikolas Uilyams 2022-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 11 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: