Nistelroy: “Bütün dünya necə bir məşqçi olduğumu görməlidir”

PSV-nin sabiq baş məşqçisi Rud van Nistelroy Səudiyyə Ərəbistanında çalışmağa hazır olub-olmaması ilə bağlı sualı cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, həmçinin niderlandlı mütəxəssis məşqçilik karyerasını hansı xüsuslara malik klubda davam etdirmək istədiyini açıqlayıb:

“Çalışdırmaq üçün Səudiyyə Ərəbistanına gedəcəyəmmi? Hələ yox. İkinci məşqçilik addımım mənim üçün çox önəmlidir, istəyirəm ki, bütün dünya necə bir məşqçi olduğumu görsün. Niderlandda bunu başa düşmək olar, amma mən bunun xaricdə görünməsini istəyirəm. Mən aydın oyun modeli olan bir klubda işləmək istəyirəm ki, texniki direktorlar bu futbolu inkişaf etdirmək üçün hansı istiqamətlərə ehtiyac olduğunu bilsinlər, mən gələndə isə yaxşı bir iş görülsün. Mən tərəqqi edən, yaxşı təşkilatlanmış bir komanda axtarıram və bu məsələdə yardımçı ola bilsəm, pis olmazdı”, deyə Van Nistelroy bildirib.

Xatırladaq ki, ötənlərin məşhur futbolçusu, Niderland yığmasının sabiq hücumçusu, 47 yaşlı mütəxəssis Rud van Nistelroy 2022-ci ilin iyulundan 2023-cü ilin mayına qədər PSV-ni çalışdırıb. Vurğulayaq ki, niderlandlı mütəxəssis Eyndhoven təmsilçisinin sükanı arxasına keçənə qədər klub sistemində işləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: