“Nyukasl” Çempionlar Liqasında ilkə imza atdı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun PSJ ilə ev oyunu İngiltərənin “Nyukasl” klubu üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Fransa klubunu doğma meydanda 4:1 hesabıyla məğlub edən Premyer Liqa təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ən böyükhesablı qələbəsini qazanıb.

Bu həm də parislilərin 2004-cü ildən bəri qrupdakı ən böyükhesablı yenilgisi kimi tarixə düşüb. Fransızlar həmin vaxt İngiltərənin digər klubu “Çelsi”yə 0:3 hesabı ilə uduzmuşdular.

PSJ Çempionlar Liqasında sonuncu dəfə 2017-ci ildə 4 və daha çox qol buraxıb. Komanda 2016/2017 mövsümünün 1/8 final mərhələsində İspaniya nəhəngi “Barselona”ya 1:6 hesabı ilə məğlub olmuşdu.

PSJ-nin baş məşqçisi Luis Enrike son 3 səfər matçının hamısında komandasının 3 və daha çox qol buraxmasına üzülüb. Onun rəhbərliyi altında 2017-ci ildə “Barselona” rəqib meydanında PSJ-yə 0:4, İtaliyanın “Yuventus” komandasına isə 0:3 hesabı ilə yenilib.

“Nyukasl” bu sensasion qələbədən sonra hazırda F qrupunda 4 xalla vahid liderdir. PSJ 3 xalla 2-ci pillədə yer alıb. “Milan” (İtaliya) 2 xalla 2-cidir. Dortmund “Borussiya”sı (Almaniya) isə hələlik cəmi 1 xal toplayıb.

Yeri gəlmişkən qeyd edək ki, “Milan” ÇL-də ardıcıl 4 oyundur qol vurmur. Bu, onların turnir tarixində ən uzun qolsuzluq seriyasıdır. “Milan” ilk turda da eyni nəticə ilə yadda qalmışdı. “Rossonyerlər” turnirin ilk iki matçında qolsuz heç-heçə edən 4-cü komanda olub. Ona qədər 1993/1994 mövsümündə “Qalatasaray” (Türkiyə), 2002/2003-də AEK (Yunanıstan), 2005/2006-da isə “Vilyarreal”ın (İspaniya) ilk iki matçında qol qeydə alınmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: