Ömər Cavadov da qran-pridə uğur qazana bilmədi

Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-prisində qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən turnir davam edir.

Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də mübarizə aparırlar. Bu gün onlardan daha biri – Ömər Cavadov da mübarizəyə qoşulub. O, 73 kq çəki dərəcəsində, B qrupunda çıxış edib.

İdmançımız toplam 312 (146+166) kq nəticə göstərib. Cavadovun yekun sıralamada tutduğu yer A qrupundakı çıxışlar bitəndən sonra bilinəcək.

Xatırladaq ki, daha öncə yığmamızın digər üzvü Nazilə İsmayılova da Dohada qüvvəsini sınamış, lakin uğur qazana bilməmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: