Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Qəbələ” bu gün “Omoniya” ilə 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi doğma meydanda 2:3 hesabıyla uduzduğu Kipr təmsilçisi ilə bu dəfə səfərdə üz-üzə gələcək.
Azərbaycan təmsilçisinə mərhələ adlamaq üçün mütləq inamlı qələbə qazanmaq lazımdır.
“Qəbələ” bu rəqibini mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Proqres” (Lüksemburq) – “Midtyulland” (Danimarka) duelinin güclüsü ilə qarşılaşacaq.
Artıq hər iki komandanın saat 21:00-da başlayacaq oyun üçün start heyəti müəyyənləşib. Baş məşqçi Elmar Baxşıyev səfər qarşılaşmasında aşağıdakı start heyətinə üstünlük verib:
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
3 avqust
21:00. Omoniya – Qəbələ
Baş hakim: Adam Ladebek (İsveç)
Nikosiya, “GSP Arena”
İlk oyun – 3:2.
Omoniya: 40. Fabiano (k), 3. Adam Matteus, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Moreto Kassama, 9. Andronikos Kakulli, 10. Loizos Loizu, 17. Yan Letsyaks, 19. Fuad Başiru, 22. Adam Lanq, 90. Roman Bezus.
Ehtiyat oyunçular: 23. Fransiz Uzoho, 98. Çaralambos Kiriakidis, 6. Markinyos, 18. Kərim Ənsərifərd, 20. Panayotis Zakariu, 21. Velko Simiç, 31. İoannis Kusulos, 73. Nemanya Miletiç, 74. Panayotis Andreu, 76. Çaralampos Çaralampus, 82. Nikolas Kiriakidis, 86. Andreas Xristou.
Baş məşqçi: Sofronis Avqusti.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 7. Emil Səfərov, 9. Əyyub Allaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 28. Murad Musayev, 34. Ürfan Abbasov (k), 72. Osama Xalayla, 99. Ahmed Ayzaya.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizov, 36. Elməddin Sultanov, 94. Həbib Huşənov, 5. Rauf Hüseynli, 8. Gilad Abramov, 12. Nicat Əliyev, 17. Yaovi Akakpo, 18. Mehrac Baxşalı, 29. Bilel Auaşeriya, 23. Xəyal Xudaverdiyev, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.


