Türkiyənin “Eyüpspor” klubu əsas komandanın baş məşqçisi Selçuk Şahinlə yollarını ayırıb, onu isə bu postda Orhan Ak ilə əvəz edib.
Arena.az bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssislə 3 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalandığı diqqətə çatdırılıb.
Selçuk Şahin bu mövsümün əvvəlindən “Eyüpspor”a rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında cari mövsümdə 8 oyuna çıxıb, cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.
Orhan Ak son olaraq “Fatih Karagümrük”də baş məşqçi olub. O, bu ilin aprelində sözügedən klubdan ayrılandan bəri işsiz idi. Ak “Başakşəhər”, “Beşiktaş”, “Trabzonspor” kimi klublarda köməkçi məşqçi kimi də fəaliyyət göstərib.
Xatırladaq ki, “Eyüpspor” cari mövsümdə Türkiyə Super Liqasında 8 oyuna topladığı 5 xalla 16-cı pillədə qərarlaşıb.


