Türkiyəli futbol mütəxəssisi Orhan Ak Super Liqada mübarizə aparan “Qaziantep” komandasının baş məşqçisi təyin edilib.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
46 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər Qaziantep kollektivinin uğurları üçün çalışacaq. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş rumıniyalı Mirel Radoyu əvəzləyib.
Orhan Ak daha öncə “Karagümrük” və “Eyüpspor”da da baş məşqçi kimi çalışıb. Bundan öncə isə o, müxtəlif klublarda köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Ak bu ilin yanvarında “Eyüpspor”dan ayrılandan bəri işsiz idi.
Xatırladaq ki, “Qaziantep” Türkiyə Super Liqasının 2026/2027-ci illər mövsümündə qazandığı 4 xalla 12-ci sırada qərarlaşıb. Komanda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.


