Orxan Məmmədov “Rubin” və “Alanyaspor” rəsmiləri ilə görüşdü

“Zirə” klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan “Alanyaspor” və “Rubin” rəsmiləri ilə görüşüb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Orxan Məmmədov Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu və Rusiyanın “Rubin” klubunun direktoru Şamil Xusnutdinovla görüşüb. Hər iki klub rəhbəri ilə görüşdə futbolla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin yeni layihələr və klublar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: