Ozan Can 66 dəqiqə oynadı, “Vanspor” evdə uduzdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Türkiyənin “Vanspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda 2026/2027-ci illər mövsümünün 6-cı turu çərçivəsində evdə “Batman Petrolspor” ilə qarşılaşıb.

Kökçü 0:2 hesabıyla uduzduqları bu görüşə start heyətdə başlayıb və 66-cı dəqiqədə əvəzlənib.

6 turdan sonra 4 xalı olan “Vanspor” 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komanda keçirdiyi 5 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Özan Can Kökçü “Vanspor”a bu yay Niderlandın “Volendam” klubundan keçib. O, Türkiyə klubunun heyətində 2 oyuna çıxıb, 1 qolla yadda qalıb.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: