“Palmeyras” Braziliya kubokunun qalibi oldu

Futbol üzrə Braziliya kubokunun qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, ikinci final matçında “Palmeyras” “Qremio”nu 2:0 hesabıyla məğlub edərək, kuboku qazanıb.

Bu komandalar arasındakı ilk oyunda da “Palmeyras” 1:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, “Palmeyras” klub tarixində 4-cü dəfə ölkə kubokunu qazanıb. Sözügedən komanda 1998, 2012 və 2015-ci illərdə də Braziliya kubokunun ən güclüsü olmuşdu.